Research into hydrogel swelling capacity on the basis of polyacrylic acid and immobilization of doxorubicin thereupon

СМ Мамедова, ШЗ Тапдыгов, СФ Гумбатова… - Kimya …, 2016 - cyberleninka.ru
СМ Мамедова, ШЗ Тапдыгов, СФ Гумбатова, СФ Сафаралиева, МХ Гасанова…
Kimya Problemleri, 2016cyberleninka.ru
Bu iş bioloji aktiv maddələrin daxil edilməsi və nəzarətli azad olması qabiliyyətinə malik olan
polimer daşıyıcının sintezinə həsr olunmuşdur. Orta molekul kütləsi 230 kDa olan poliakril
turşusu əsasında 5, 10, 15 və 20%(kütlə) nisbətlərində N, N'-metilen-bis-akrilamidlə
ultrabənövşəyi şüa vasitəsilə tikilməsindən polyar mühitdə yüksək şişmə qabiliyyətinə malik
torvari polimerlər sintez olunmuşdur və onların müxtəlif qatılıqlı şəkər və fizioloji (0.9% NaCl)
məhlullarda şişmə dərəcələri öyrənilmişdir. Alınmış hidrogellə doksorubisin hidroxloridin su …
Bu iş bioloji aktiv maddələrin daxil edilməsi və nəzarətli azad olması qabiliyyətinə malik olan polimer daşıyıcının sintezinə həsr olunmuşdur. Orta molekul kütləsi 230 kDa olan poliakril turşusu əsasında 5, 10, 15 və 20%(kütlə) nisbətlərində N, N’-metilen-bis-akrilamidlə ultrabənövşəyi şüa vasitəsilə tikilməsindən polyar mühitdə yüksək şişmə qabiliyyətinə malik torvari polimerlər sintez olunmuşdur və onların müxtəlif qatılıqlı şəkər və fizioloji (0.9% NaCl) məhlullarda şişmə dərəcələri öyrənilmişdir. Alınmış hidrogellə doksorubisin hidroxloridin su mühitindən absorbsiyası öyrənilmişdir. Müəyyən olunmuşdur ki, sintez olunmuş hidrogel yüksək sorbsiya qabiliyyətinə malikdir. Bu tədqiqatın nəticələri yeni sinif nanomaterialların inkişafında xüsusi əhəmiyyət daşıyır, eləcə də nanopolimerlər əsasında terapevtik və diaqnostik molekulların xərçəng şişlərinə ünvanlı çatdırılmasında funksional sistemlərin yaradılması üçün başlıca rol oynayır. Açar sözlər: poliakril turşusu, metilen-bis-akrilamid, doksorubisin, çarpaz tikilmə, hidrogel, şişmə dərəcəsi, sorbsiya dərəcəsi
cyberleninka.ru
以上显示的是最相近的搜索结果。 查看全部搜索结果